"Yarım milyon adamımız rusiyalıları yalın əllə parçalamağa hazırdırlar" - Ukraynalı general

25-01-2022, 08:56           
"Yarım milyon adamımız rusiyalıları yalın əllə parçalamağa hazırdırlar" -
Donbasdakı Birləşmiş Əməliyyat Qüvvələrinin (BƏQ) komandanı, general-leytenant Aleksandr Pavlyuk Ukraynaya ehtimal olunan soxulmanın tarixini söyləyib. Onun versiyasına görə, hücum artıq fevralın 20-də başlana bilər.

Belə bəyanatı Pavlyuk Britaniyanın «Tayms» qəzetinə müsahibəsində səsləndirib.

«Rusiya fevralın 20-də hücuma başlaya bilər - Olimpiya oyunları başa çatandan sonra. Bu tarix bizi narahat edir» - Pavlyuk deyib.

O, xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə «İttifaq qətiyyəti-2022» təlimlərinin son günüdür. O, bu tarixi Ukraynaya hücum niyyəti ilə əlaqələndirir. Pavlyuk inandırmağa çalışıb ki, Ukrayna müqavimət göstərməyə hazırdır.

«Bizim yarım milyona qədər adamımız var ki, bu ölkədə müharibədən keçiblər… Onlar rusiyalıları yalın əllə parçalamağa hazırdırlar» - komandan bəyan edib.

Pavlyukun fikrincə, Kreml zərbəni cənub-şərq istiqamətindən cəmləşdirir ki, ölkənin hərbi və sənaye potensialına maksimum zərər vursun və onu Qara dənizdən təcrid etməyə cəhd göstərsin.

Onun fikrincə, soxulma Xarkovu, Dnepropetrovski və Odessanı hədələyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.