İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin!

27-01-2022, 08:12           
İrəvanla sülh yolu hələ bitməyib, savaşa tələsməyin!
Bakıda, Azərbaycan cəmiyyətində, hətta bəzi rusiyalı ekspertlər arasında belə bir anlayış nəzərdən qaçılır ki, Ermənistan tərəfinin sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələsində süründürməçiliyindən istifadə edilərək, Azərbaycanı yeni hərbi münaqişəyə sövq etməyə cəhd edən təxribatçılar var.

Bu sözləri Axar.az-a müsahibəsində rusiyalı hərbi ekspert, politoloq Aleksandr Perenciyev deyib.

Perenciyevin sözlərinə görə, mövcud maneələri dəf etmək üçün üçtərəfli işçi qrupu çalışır:

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həll, sülh müqaviləsi danışıqlarının başlanması ilə bağlı məsləhətləşmələr aparılır”.

Rusiyalı politoloq Ermənistanın sülh prosesinə daimi maneə yaradacağı təqdirdə Azərbaycanın təkliflərdən imtina edəcəyi barədə mülahizələrə də toxunub:

“Yeni müharibə 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatları ilə müəyyən edilmiş sülh prosesinə ciddi zərbə vurar. Müharibəyə tələsməyin, cənablar! Azərbaycanla Ermənistan arasında problemlərin sülh yolu ilə həlli mexanizmləri hələ də tükənməyib. Azərbaycanın özünün isə pul yatırmaq üçün daha uğurlu yeri var - işğaldan azad edilmiş ərazilərin inkişafına”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru