ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya

27-01-2022, 09:01           
ABŞ-ın yazılı cavabına Rusiyadan ilk reaksiya
Rusiya təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə ABŞ-ın cavabını qəbul etməyəcək. Belə cavab qaneedici ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov RİA-ya açıqlamasında deyib.

“Onların cavabı bizi qane edə bilməz. Onlar hər şeyi – öz fantaziyalarını, iradlarını ortaya qoyurlar. Biz belə cavabı qəbul etməyəcəyik”, - Cabarov deyib.

Qeyd edək ki, ABŞ Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələblərinə yazılı cavabı az öncə Moskvadakı səfirliyi vasitəsilə təqdim etdiyini açıqlayıb. Cavabın detalları haqda məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru