"Məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib" - Elton Məmmədov

27-01-2022, 11:36           
"Məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib" - Elton Məmmədov
Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət olunub.

DİA.AZ xəbər verir ki, Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını Lent.az-a açıqlayıb.

Sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb:

“Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”.

E.Məmmədov R.Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib: “Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.