Paşinyanın müavini: "Məqsəd dəmir yolunun Ermənistandan keçən hissəsinin inşası ilə bağlıdır”

28-01-2022, 12:43           
Paşinyanın müavini:
Azərbaycan və Ermənistan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində regional nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması barədə danışan Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəm", - deyə Paşinyanın köməkçisi deyib.

Onun sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə iş aparır. Bu, dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru