Millət vəkilindən Ramiz Mehdiyevə: “Hamı deyir get, bu isə höcətləşir”

2-02-2022, 12:26           
Millət vəkilindən Ramiz Mehdiyevə:
"Hamı deyir get, bu isə höcətləşir”.

Teref.az xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabından yazdığı AMEA-nın prezidenti Ramiz Mehdiyev haqqında statusda bildirib.

Belə ki, Ramiz Mehdiyev haqqında tənqidi fikirlər səsləndirən deputat statusuna AMEA-nın Tarix institutunun baş direktoru Kərəm Şükürovun sözləri ilə davam edib:

"AMEA daha çox məhkəmə qalmaqalları ilə gündəmə gəlir. Bu da ictimaiyyət arasında akademiyanın işgüzar nüfuzuna ağır zərbə vurur. Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir.

Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.

(bizim.media)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.