Erməni əsgər Aramyanın anası: “Azərbaycanda müalicə edilən oğlum, Ermənistanda şikəst edilir”

3-02-2022, 16:36           
Erməni əsgər Aramyanın anası:
“İkinci Qarabağ müharibəsi artıq tarixə çevrilib. Amma bu müharibə əsirlik həyatı yaşayan, sağ qalan və öz vətənində cəhənnəmə düşmüş erməni hərbçiləri üçün bitməyib”.

Bu barədə Ermənistanın “Beşinci kanalı”nda ötən il noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində ordumuz tərəfindən təxribatının qarşısının alınması zamanı əsir düşən erməni əsgərə həsr olunmuş reportajda ​​deyilir.

2021-ci il noyabrın 26-da Bakı iki əsgəri İrəvana qaytardı. Onlardan biri də əsgər Aren Aramyan olub.

Onun vəkili Ara Karapetyanın “Beşinci Kanal”a verdiyi məlumata görə, A.Aramyan Ermənistana qaytarıldıqdan dərhal sonra həbs edilib.

Toqquşma zamanı əsgər A.Aramyan ayağından yaralanıb, erməni əsgər Bakıda müalicə olunub. Lakin İrəvana qayıdandan sonra A. Aramyan reabilitasiya keçmək əvəzinə saxlanılaraq həbsxana kamerasına salınıb.

“Aren mənəvi cəhətdən sarsılıb. İrəvana gəldikdən sonra o müalicə kursu keçib, lakin 2021-ci il dekabrın 6-da saxlanılıb və həbs edilib. Bütün bu müddət ərzində Aren dəfələrlə bir təcridxanadan digərinə aparılıb. Baxmayaraq ki, həkimlərin verdiyi rəyə görə, onun zədəli ayağı ən azı bir ay hərəkətsiz qalmalıdır. Onunla amansızcasına rəftar edilir, belə olan halda onu ömürlük əlillik həyatı gözləyir. Bu gün onu o zaman ölmədiyi üçün ittiham edirlər”, - erməni əsgərin vəkili bildirib.

Aren Aramyanın yaxınları bildiriblər ki, o, əsir düşəndən sonra əvvəlcə Gəncəyə, oradan isə Bakıya aparılıb.

Onların sözlərinə görə, Azərbaycan tərəfi A.Aramyana qarşı humanistlik nümayiş etdirsə də, Ermənistan hakimiyyəti ona qarşı amansız davranır.

“Axı Aramyanın məhkəməsiz və istintaqsız həbs edilməsini və ona qarşı qeyri-insani ittihamların irəli sürülməsini başqa necə izah etmək olar?”, - Ermənistan telekanalında yayımlanan reportajında ​​deyilir.

“Aren ayağından yaralanıb mühasirədə olarkən əsir düşməmək üçün özünü güllələmək istəyib. Lakin Azərbaycan əsgəri buna imkan verməyib. Beləliklə, o, Bakıya aparılıb. Orada xəstəxanada necə yaxşı münasibət göstərildiyini, müalicə edildiyindən danışanda, mən sadəcə olaraq təəccüblənirəm - doğrudanmı belə olur? Axı o, Azərbaycanda gördüyü diqqəti öz vətənində görmür”, - jurnalistlərə danışan erməni əsgərin anası söyləyib.

“Azərbaycan prezidenti İlham Əliyev deyirdi ki, onun azad edtiyi erməni əsgərlər öz ölkələrində həbsə salınır və işgəncələrə məruz qalır”, - Aramyanın qohumu vurğulayır.

Yaxınlarının dediyinə görə, Arenin səhhəti həbsxanada sürətlə pisləşir.

“Azərbaycanda müalicə edilən oğlum Ermənistanda şikəst edilir”, - erməni əsgərin anası qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.