“Çox pul qazanmaq üçün qəssab olmaq istəyirdim” - Roma Papası

7-02-2022, 11:01           
“Çox pul qazanmaq üçün qəssab olmaq istəyirdim”  - Roma Papası
Roma Papası Fransisk ilk dəfə İtaliyanın “RAI” dövlət televiziyasının üçüncü kanalında tok-şouda iştirak edib.

Redaktor.az xəbər verir ki, Roma Papası proqram zamanı uşaq olarkən qəssab olmaq istədiyini açıqlayıb.

Onun sözlərinə görə, uşaq vaxtı bazarda piştaxta arxasında qəssab görüb və onun içərisinə pul qoyduğu cibli önlüyünə diqqət yetirib.

“Mən dedim ki, qəssab olmaq istəyərəm. Məndən səbəbini soruşduqda isə belə cavab verdim: “Baxın, onun nə qədər pulu var””, - deyə Roma Papası qeyd edib.

O, həmçinin onun tibb sahəsi ilə maraqlanmasına səbəb olan kimyaya olan həvəsindən də danışıb.

Bununla yanaşı, Roma Papası tok-şou zamanı sevimli yazıçısının Fyodor Dostoyevski olduğunu xatırladıb, klassik musiqi və tanqonu sevdiyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.