ERMƏNİLƏR QARABAĞDA “MUXTARİYYƏT” HAZIRLIĞI GÖRÜR? İlham İsmayıl: “Hələ Qarabağ məsələsinin son nöqtəsi qoyulmayıb”

9-02-2022, 00:07           
ERMƏNİLƏR QARABAĞDA “MUXTARİYYƏT” HAZIRLIĞI GÖRÜR? İlham İsmayıl:
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqaz Media” internet telekanalının aparıcısı Kamran Güllərin suallarını cavablandırıb. Qafqaz.media həmin müsahibəni və müsahibədən seçmələri oxucularına təqdim edir:

- “Rusiya sülhməramlıları Azərbaycan dövlətinin təsirini yox etmək dərəcəsinə çatdırıblar”

- “Rus sülhməramlılarının Azərbaycan vətəndaşlarının daşıdığı yükü yoxlamaq ixtiyarı yoxdur. Biz ordan tank da, top da, ərzaq da apara bilərik...”

- “Hətta narkotik daşısaq belə, rus hərbçilərin bizi yoxlamağa hüquqi əsasları yoxdur. O maşında nə olsaydı deyəcəkdilər ki, yox, bunu aparma?!”

- “Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı altında Qarabağa əlavə qüvvələr yeridilə, hətta silahlı müdaxilə də ola bilər”

- “Rusiya Qarabağın statusu məsələsini hələ tam kənarlaşdırmayıb...”

- “Laçın dəhlizi bizim üçün bir bəladır...”

- “Rusiya qarşısında məsələ qaldırmaq lazımdır ki, siz bizi öz ərazimizdə yoxlayırsınız, amma biz öz ərazimizə keçən insanları, yükləri yoxlaya bilmirik...”

- “Rusiya Cənubi Qafqazda öz təsirini qorumaq üçün Zəngəzur dəhlizi məsələsini hələ uzadacaq...”

- “Bizim diplomatiyanın qarşısında 2022-ci il üçün çox böyük işlər durur...”


- “2025-ci ildə rus hərbçilərinin Qarabağdan çıxacağı inandırıcı deyil...”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru