"Qarabağdakı təxribatların başında məhz Rusiya durur" - FAKT BUDUR!

9-02-2022, 18:59           
"Qarabağdakı təxribatların başında məhz Rusiya durur" -
“Rusiya öz mövcudluğunu qorumaq üçün bütün variantlardan istifadə edir”. Teref.az xəbər verir ki, bunu Qarabağda Rusiya sülhməramlılarının Azərbaycana məxsus maşın karvanını yoxlayan zaman separatçı rejimin polislərinin də bu işdə iştirak etməsi və bununla bağlı etirazdan sonra eyni halın təkrarlanmayacağı barədə verilən sözə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Qarabağdakı təxribatların başında məhz Rusiya durur:

“Bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi video yayanda məlum oldu ki, sülhməramlılarla birgə separatçı rejimin “polis”ləri də Azərbaycana məxsus maşın karvanını yoxlayıb. Bu Azərbaycanda çox ciddi narazılığa səbəb oldu. Hamımız buna etiraz edirdik. Bu bir daha onu göstərir ki, Rusiya ilə iş görmək çox çətindir.

Düşünürəm ki, Azərbaycan hakimiyyəti zamanını gözləyir. Həmin vaxt yetişəndə Azərbaycan öz ərazisində anti-terror əməliyyatı aparacaq, həmin silahlı ermənilərin hamısını cəzalandıracaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.