Çingiz Abdullayevdən Rasim Məmmədovun həbsi ilə bağlı AÇIQLAMA - "Bu, mənim xoşuma gəlmədi"

10-02-2022, 17:19           
Çingiz Abdullayevdən Rasim Məmmədovun həbsi ilə bağlı AÇIQLAMA -
Xalq yazıçısı Çingiz Abdullayev “ictimai nəzarət koalisiyası” adlı qurumun rəhbəri Rasim Məmmədovun həbsinə münasibət bildirib.Teref.az-ın məlumatına görə, Ç.Abdullayev KONKRET.az-a açıqlamasında bildirib ki, “Rasim Məmmədov həbs ediləndə mən Bakıda olmamışam. Onu bilirəm ki, məhkəmə olub. Hələlik onun barəsində 3 aylıq həbs qərarı seçilib. Mən dəqiq bilmirəm nə olub. Mən onun həbs videosunu görmüşəm, açığı desəm, xoşum gəlməyib. Nələrin baş verdiyini araşdırırıq”.

Qeyd edək ki, Ç.Abdullayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti, Rasim Məmmədov isə bu qurumun vitse-prezidentidir.

R.Məmmədov uzun illərdir ki, ölkənin ziyalılarını və sənət adamlarını bu və ya digər yollarla özünün nəzarətində olan təşkilatlara fəxri üzv kimi seçib müəyyən “dividend”lər qazanmağa çalışıb.

Təsadüfi deyil ki, bir müddət əvvəl R.Məmmədovun 55 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Flora Kərimova, Xalq artisti Niyammədin Musayev, tarzən Ramiz Quliyev, müğənni Sevda Kazımova və digər tanınmış şəxslər iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.