Bu, baş versə, robotlar dünyanı ələ keçirəcək - Məşhur professor AÇIQLADI - VİDEO

11-02-2022, 12:33           
Bu, baş versə, robotlar dünyanı ələ keçirəcək -
Dünyanın 30 faizə yaxını virtual həyatla yaşayır.
Teref.az xezerxeber.az-a istinadən bildirir ki, bunu texnika elmləri doktoru, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, dünya şöhrətli alim Rafiq Əliyev deyir. Robotlar insandan ağıllı olacaq. Bundan şübhəm yoxdur. Robotlar qərar qəbul edəndə də öyrənir. Vaxt gələcək robotlar insanın dediyinə tabe olmayacaq. Bəşəriyyətin ən böyük qorxusu robotların üsyanıdır. Rafiq Əliyev bildirib ki, əgər qarşısı alınmasa 2050-2060-cı illərdə bunun baş verəcəyini bildirib. Əgər elmdə əxlaq olmasa, inkişaf dünyanın, insanlığın sonu olacaq. Mən demirəm ki, siyasətdə əxlaq olsun, amma elmdə olmalıdır. Eynşteyn qəti istəməzdi ki, Xirosimaya atom bombası atılsın. O, buna görə çox peşman oldu ki, axı, mən nəzəriyyəni bunun üçün yaratmamışdım! Bu gün robotlar çox inkişaf edir, demək olar ki, əksər işləri bacarırlar. Amma Allah eləməsin, onlara bu gün həddən artıq ağıl versən, dünyanı da ələ keçirərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.