"Bunların hamısı böhtandır" - Ramiz Mehdiyevə daha bir CAVAB

11-02-2022, 11:50           
"Bunların hamısı böhtandır" -
AMEA-nın mətbuata dünənki açıqlamasında Ramiz Mehdiyevi tənqid edənlər satiraya məruz qalıb. Tənqid olunanlar arasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş direktor müavini Nəcəf Müseyibli də var. Mövzu ilə bağlı Nəcəf Müseyiblidən münasibət almağa çalışdıq.

Nəcəf Müseyibli hazırda bu barədə danışa bilməyəcəyini dedi. Bildirdi ki, AMEA prezidentinin cavabını yaxın saatlarda geniş şəkildə başqa müstəvidə verəcək:

“Yalnız onu deyə bilərəm ki, bunların hamısı böhtandır. Özü də açıq-aşkar böhtandır”.

Xatırladaq ki, AMEA-nın tənqidlərə cavab yazısında ən çox yer verilən də, məhz Nəcəf Müseyibli olub. Belə ki, onun bəzi qanunsuz əməllər törətməsi iddia olunan yazıda işin hüquq-mühafizə orqanlarına rəsmi şəkildə təqdim ediləcəyi də yer alıb.

Hadisələrin gedişatı barədə və Nəcəf Müseyiblinin Ramiz Mehdiyevə hazırladığı geniş cavabı bir azdan diqqətiniziə təqdim edəcəyik. //bizim.media//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.