"Putinin sözünə baxmasaq, Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək" - İlqar Məmmədov

13-02-2022, 16:49           
"Putinin sözünə baxmasaq, Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək" - İlqar Məmmədov
Ukraynada müharibənin başlanması təhlükəsi günləri saydığı anda iki gün öncə Putin öz ölkəsinin Təhlükəsizlik Şurasını toplayıb "MDB ölkələrində imkanların genişləndirilməsi" üçün təcili müşavirə keçirirsə və bunun fonunda Ramiz Mehdiyev gündəmə çevrilirsə, izahı aydındır: Putin Bakıya "Biz Ukrayna ilə vuruşası olsaq, baxın ha, "Türkiyə ilə qardaşlıq" adı altında NATO'ya yardım etdiyinizi görməyim" deyir".

Bu fikirləri özünün "Facebook" hesabında REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

O, daha sonra fikirlərinə belə davam edib: "Putinin sözünə baxmasaq, nə olacaq? Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək. Bəs küçəyə kim çıxacaq? Elə Qazaxstanda ötən ay çıxanlar - siyasətə heç bir aidiyyatı olmayan dəstələr.

2013-cü ildə Milli Şuranın Putinə məktub göndərərək öz namizədinin Rusiya vətəndaşlığından çıxarılması xahişini etməsini unutmadıq? Bir daha düşünün bu haqda: "Vladimir bəy, prezidentliyə namizədimiz var, nolar qoy seçkiyə qatılsın da"".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.