“Prezidentin tapşırığını yerinə yetirmək barədə moizələr oxumaqdansa, sussa yaxşıdır...”

21-02-2022, 08:37           
“Prezidentin tapşırığını yerinə yetirmək barədə moizələr oxumaqdansa, sussa yaxşıdır...”
“Məncə, Ramiz Mehdiyevin elm haqqında danışmağı, elmi inkişaf etdirmək və gənclərə yol açmaq barədə Prezidentin tapşırıqlarını yerinə yetirməsi və sair barədə danışması riyakarlıqdan başqa bir şey deyil. Niyə görə? Çünki biz görürük ki, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında gənclərə hansı dırnaqarası qayğı göstərilir, elmdə kimlər qabağa çəkilir, vəzifələr kimlərə verilir”.

Teref.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli həmçinin Azərbaycan Milli Elmlər Akademiyasındakı problemlərin təkcə Ramiz Mehdiyevin adıyla bağlı olmadığını da bildirib:

“Ona görə də bu barədə danışmaq gülüncdür. AMEA professorlarının statuslarının ləğv olunması, bu kimi mürtəce qərarların hamısı elmə vurulan zərbədir. Prezidentin tapşırığını yerinə yetirmək barədə belə bu cür moizələr oxumaq tamamilə yanlışdır və məncə sussa, yaxşıdır. İkinci bir tərəfdən bunu da ədalət naminə deyək ki, akademiyadakı problemlər təkcə Ramiz Mehdiyevin adıyla bağlı deyil. Düzdü, vaxtilə akademiya da onun kurasiyasında olub və bir çox şeyləri o müəyyənləşdirib, akademikləri o seçdirirdi. Amma uzun illər, xüsusən də müstəqillik dövründə o problemlər dərinləşdi və akademiyanın köksündə çox ciddi bir yara əmələ gətirdi. Bu gün də biz o yaranın ağrılarını hiss edirik”. /Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.