“Ukraynanın nüvə silahından imtinası səhv olub” - XİN başçısı

22-02-2022, 08:28           
“Ukraynanın nüvə silahından imtinası səhv olub” - XİN başçısı
Ukrayna XİN başçısı Dmitri Kuleba bu fikirlə razılaşıb ki, Ukraynanın nüvə silahından imtinası səhv olub.

Prezident Volodimir Zelenski fevralın 19-da təhlükəsizlik üzrə Münhen Konfransında bəyan edib ki, əgər Ukrayna təhlükəsizlik zəmanəti almasa, Budapeşt Memorandumu Kiyev tərəfindən qüvvəsiz hesab olunacaq.

Xatırladaq ki, 1994-cü ilin dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniyavə ABŞ liderləri tərəfindən imzalanmış Budapeşt Memorandumu əsasında Ukrayna özünün nüvə arsenalını ləğv edib. Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevə təhlükəsizlik zəmanəti verib.

Amerikanın CBS telekanalına müsahibəsinin gedişində Kulebaya belə bir sual verilib ki, o, hesab edirmi, Ukrayna nüvə silahından imtina etməməli idi və bu qərar səhv olub?

“Bəli, nəzərə alsaq ki, biz özümüzün nüvə silahından imtia etdik, bizə verilən təhlükəsizlik zəmanəti isə işləmədi, qərar səhv olub. Hesab edirəm ki, bəzi ölkələr buna görə məsuliyyət hiss etməlidirlər…” - Kuleba deyib.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.