“Bəzən gənc icra başçıları da qudururlar” - Rəşid Mahmudov

22-02-2022, 11:29           
 “Bəzən gənc icra başçıları da qudururlar” - Rəşid Mahmudov
“Cənab Prezident hər dəfə icra başçılarına xəbərdarlıq edir, amma bunlar niyə nəticə çıxarmırlar başım çıxmır. Bəzən gənc icra başçıları da qudururlar. Vətəndaşları qəbul edib, problemini dinləmirlər. Deyirlər ki, müavinimlə görüşsün, nə bilim köməkçimlə görüşsün. İcra başçısının qəbuluna düşmək niyə belə bir böyük problemə çevrilib, bilmirəm”. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov yeni təyin olunan icra başçılarının da gələcək fəaliyyətinə toxunub:

“Artıq o milyonları çapıb-talamaq söhbəti qurtardı. Dövlət birbaşa bütün bunlara nəzarət edir. Sənə etimad göstərilib, hansısa rayona icra başçısı təyin olunmusansa, get, başını sal aşağı vətəndaşlara xidmət elə. Yox əgər sən də səndən əvvəlkilərinin etdiklərini təkrarlayacaqsansa, sonda həbsxanaya göndəriləcəksən. Dövləti bu cür sürünə-sürünə harasa aparıb çıxarmaq olmaz. Hər kəs öz sahəsində vicdanlı olmalıdır. Yoxsa ki, canavar kimi insanlarla davranmaq lazım deyil. İnsanlar hər dəfə yeni icra başçısı təyin olunanda ondan çox böyük gözləntiləri olur. Amma bir müddət sonra görəndə ki, bu da işləmir, onda artıq məyus olurlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev yeni icra başçılarıyla görüşü zamanı bir daha xəbərdarlıq edib. O, çıxışı zamanı deyib ki, hamımız xalqın xidmətçisiyik və ona görə də daim insanlarla təmasda olub, onların problemləriylə maraqlanmalısınız.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.