“Yaxşı ki, ermənilər bizim deputatlarla çörək kəsmədilər” - Xalq artisti

23-02-2022, 00:06           
“Yaxşı ki, ermənilər bizim deputatlarla çörək kəsmədilər” - Xalq artisti
AVRONEST Parlament Assambleyasının iclasında iştirak edən iki azərbaycanlı deputat erməni həmkarlarının təpkisi ilə üzləşib.

Dünən “Pandok Yerevan” restoranında müxalifət deputatlarının iştirak etmədiyi Azərbaycan nümayəndə heyətinin üzvlərinin şərəfinə şam yeməyi verilib. Bu gün “Yasəman” restoranında şam yeməyi nəzərdə tutulub və orada da müxalifətçi deputatlar iştirak etməyəcək. Yəni onlar azərbaycanlılarla bir süfrə arxasında oturub şam etmək istəmirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov bildirib ki, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa da dostluq münasibəti heç vaxt olmayacaq:

“Təbii ki, ermənilərin etdikləri heç vaxt bizim yadımızdan çıxmaz. Heç bir müharibə əbədi olmur, hər müharibənin sonu sülhlə nəticələnir. O cümlədən də bizim Ermənistanla olan müharibəmiz. Sülh sazişi mütləq ki, imzalanacaq, çünki nə onlar köçüb gedən deyil, nə də biz. Biz artıq qonşu dövlətlərik. Onların niyətləri, gözləri həmişə bizim torpaqlarda, musiqimizdə olub. Özlərinin heç nəyi yoxdur. Onların Xocalıda törətdikləri hadisələri heç birimiz unutmamalıyıq. Bizimlə Ermənistan arasında sülh olacaq, əlaqə də olacaq, amma dostluq heç vaxt olmayacaq”.

Erməni deputatların azərbaycanlılarla bir süfrə arxasında oturmamasına münasibət bildirən xanəndə deyib:

“Mən azərbaycanlı deputatların İrəvana getməsinə çox normal baxıram, çünki bizim deputatlar artıq ora qalib ölkənin deputatları kimi gediblər. Onlar orda etiraz edirlər. Niyə? Ona görə ki, məğlub olublar. Biz diqtə edirik, onlar da qəbul edir, bunu bütün dünya görür. Bizim ora getməyimiz normaldır. Onların bizim deputatlarla bir süfrə arxasında oturmaqdan imtina etməsi çox yaxşı haldır, çünki onlar elə oturmasalar yaxşıdır. Biz heç vaxt onlarla bir çörək süfrəsi arxasında oturmamamlıyıq, oturmayacağıq da. Çünki bizim dostluğumuz heç vaxt mümükün deyil. Biz onların illərdir etdiklərini unutmamalıyıq. Mənim mövqeyim budur ki, erməni milləti ilə bizim dostluğumuz heç vaxt mümükün deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.