“Rusiya ilə Azərbaycan arasındakı saziş Ermənistanı narahat etmir”- Arşakyan

24-02-2022, 09:09           
“Rusiya ilə Azərbaycan arasındakı saziş Ermənistanı narahat etmir”- Arşakyan
Hər bir ölkənin milli maraqlarını nəzərə almaqla xarici syasətini həyata keçirmək hüququ var.

Bu barədə fevralın 23-də Ermənistan parlamentinin sədri səlahiyyətlərini icra edən Akop Arşakyan Rusiya ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik Bəyannaməsini şərh edərkən bildirib.

O deyib ki, əvvəlcə sənədin mətnini hərtərəfli öyrənmək lazımdır: “Bundan sonra isə onun rəsmi şərhi verilə bilər”.
Arşakyanın sözləinə görə, bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmaq lazımdır: “Hər bir ölkənin xarici siyasətini lazım bildiyi istiqamətdə inkişaf etdirmək hüququ var. Siz, bizim dost ölkənin xarici siyasəti barədə sual verirsiniz. Bu, onun suveren hüququdur”.

Arşakyan xatırladıb ki, Ermənistan və Rusiya arasında strateji müttəfiqlik barədə saziş imzalanıb və ən yüksək səviyyədə reallaşdırılır: “Amma demək olmaz ki, müttəfiq olan dövlətlər digər ölkələrlə münasibət qura bilməz. Bu o demək olardı ki, Ermənistan da Avropa İttifaqı ölkələri ilə beynəlxalq səviyyəli münasibətlərini inkişaf etdirə bilməz”.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru