Ukrayna ikinci ağır zərbəyə hazırlaşır: İki ağır gün...

25-02-2022, 10:00           
Ukrayna ikinci ağır zərbəyə hazırlaşır: İki ağır gün...
Rusiya ordusunun Ukrayna şəhərlərinə yeni zərbələri proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç canlı efirdə deyib.

O bildirib ki, əsas hədəf Ukrayna hərbi siyasi rəhbərliyinin, cəmiyyətin, medianın və vətəndaşların psixoloji sındırılması idi:

“Rusiya bu məqsədinə ilk gündə endirdiyi zərbələrlə çata bilmədi. Bu o deməkdir ki, növbəti sutkada onlar bu cəhdi təkrar edəcəklər. Yəni yeni zərbələr gözləyirik. Ola bilər ki, hökumət binası və yaxud Prezident ofisinə də zərbə endirilsin”.

O bildirib ki, ilk gündə parçalanmayıblarsa, növbəti günlərdə də dözəcəklər və bu, vərdişə çevriləcək:

“Artıq bu zərbələr daha az panika yaradacaq.

Biz ilk zərbəni dəf etdik, ancaq bu, qələbədən çox uzaqdır, daha pis olacaq. Görək, sabah nə baş verəcək. Mən yalnız bunu deyə bilərəm: sabah və birigün həlledici olacaq!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru