"Sanksiya və qınamalarla heç nə əldə etmək mümkün olmayacaq" - Türkiyəli general

25-02-2022, 19:13           
 "Sanksiya və qınamalarla heç nə əldə etmək mümkün olmayacaq" - Türkiyəli general
“Böyük dövlət böyük oyun oynamağı bacarır. Böyük dövlətlər dedikdə Amerika, Rusiya, Çini nəzərdə tuturam. Onlar çox qütblü dünyaya keçirlər”. Teref.az xəbər verir ki, bu barədə Bizimyol.info saytına Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Rusiya-Ukrayna müharibəsini təhlil edərkən danışıb. Onun sözlərinə görə, Sovet İttifaqı 1991-ci ildə dağıldıqdan sonra iki qütblü dünya tək qütblü bir hala gəlmişdi. 1991-ci ildən bu günə qədər keçən müddətdə Rusiya İmperiyası özünü topladı. Öz yaxın ətrafında təsir əhatəsində varlığını göstərməyə davam etdi.

“2014-cü ildə Donbas bölgəsini, Krımı işğal etdi. Baxdı ki, Qərbdən reaksiya yoxdur, ortaq bir davranış forması yoxdur. Strategiyanın 3 faktoru var : güc, zaman, məkan. Putin çar olmaq istəyir. Rusiya tarixinə bir çar kimi keçmək istəyir. Rusiya qüvvə, zaman və məkan baxımından üstünlüyünü bildiyi və Qərbin müdaxilə etmədiyini gördüyü üçün bu addımı atır. 1994-cü ildə NATO-nun 3-cü genişlənməsi və 2004-cü ildəki 5-ci genişlənməsi baş verdi. Üçüncü genişlənmədə, Çexiya, Macarıstan və Polşa, beşinci genişlənmədə isə Bolqarıstan, Estoniya, Latviya, Litva və Slovakiya NATO-ya üzv oldu. O zaman, yəni 1994 və 2004-cü ildə Rusiyanın gücü yox idi. Rusiya gücünü toplayıb, texnoloji baxımdan özünü yenilədi. 2004-cü ildə bir addım atdı. İndi də Ukraynanı qərbə qatdırmamağa çalışır”,- deyən ekspert təəssüflə bildirir ki, Ukrayna Qərblə Rusiya arasında rəqabət halına gəlib. Qərb isə Ukraynanı Gürcüstanda, Əfqanıstanda olduğu kimi təkbaşına və çarəszi buraxdı.

Hazırda Qərb sadəcə sanksiya və qınamalar tətbiq edir. Sanksiya və qınamalarla heç nə əldə etməyin mümkün olamayacağını deyən ekspert bildirib ki, Rusiya Ordusu Kiev şəhərinə döyüşərək daxil ola bilməz. Çünki bu bir intihar olar: “Kiyevi mühasirəyə alar. Ukrayna xalqının mübarizə əzmini qırar. Növbəti mərhələdə Donbasla Krımı birləşdirər, Krımla Odessanı birləşdirməyə çalışar. Və yuxarıdakı saydığım Rumıniya, Macarıstan, Polşa və Slovakiya tərəfdən də strateji güc nöqtəsi yaratdıqdan, mübarizə əzmi və qərarlılığını qırdıqdan sonra müharibənin atəşkəsə çevriləcəyini və Rusiya ilə Qərbin nəhayətində razılığa gələcəyini düşünürəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.