Biz olmasaq, Avropa da olmayacaq - Reznikov

27-02-2022, 11:45           
Biz olmasaq, Avropa da olmayacaq - Reznikov
Müqavimətin 72-ci saatı... Bu 3 gün ölkəmizi və dünyanı dəyişdi. Kiyevi 2 saata ala bilərik deyənlər haradadır? Onları görə bilmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov sosial media hesabında yazıb.

"Vəzifəsini yerinə yetirən qəhrəman bir ordunu, qorxmaz mühafizəçiləri, əzmkar polisi və mələk səhiyyə işçilərini görürəm. Torpağın müdafiəsi, nəvələrinin, övladlarının gələcəyi üçün silaha sarılan minlərlə vətəndaş görürəm. Bütün dünya sizi görür. Qələbəmizə artıq təkcə biz inanmırıq. Ətrafınıza bir baxın. Onların çoxu indi Kreml qorxusunu dəf edib və meydan oxuyur. Hər keçən saat anlayırlar ki, Avropanın heç bir yerində belə ordu yoxdur. Ordumuz və xalqımız olmasa, Avropa heç vaxt təhlükəsiz yer olmayacaq. Biz olmasaq, Avropa da olmayacaq. Ona görə də yardımlar gəlir. Günəşin doğması yaxındır. Dayanacağıq. Yaşasın Ukrayna”, - nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru