Podolyak: "Rusiya Ukraynaya qarşı yeni qəddar taktikalara əl atıb"

2-03-2022, 09:07           
Podolyak: "Rusiya Ukraynaya qarşı yeni qəddar taktikalara əl atıb"
"Rusiya Ukraynaya qarşı müharibədə yeni qəddar taktikalara əl atıb".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"İri şəhərlərin bombalanması, kütləvi mülki itkilər, əhali arasında qorxu və təşviş yaratmaq. Bunlar Rusiyanın yeni müharibə taktikasının əsas elementləridir", - Podolyak qeyd edib.

Xatırladaq ki, martın 1-i axşam saatlarında “Dorohojiçi” metrostansiyası yaxınlığındakı teleqülləyə iki raket atılıb. Teleqülləni elektrik enerjisi ilə təmin edən transformator yarımstansiyası, həmçinin idarəetmə otağı zədələnib. Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Bundan əlavə, Rusiya tərəfi Xerson, Xarkov, Mariupol və digər şəhərlərdə yaşayış massivlərinə zərbələr endirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru