Ukraynalı aktyor və aktrisalar vətənlərinə qayıda bilmirlər - Yaradıcı heyət Bakıda qalır

3-03-2022, 11:25           
Ukraynalı aktyor və aktrisalar vətənlərinə qayıda bilmirlər -
Ötən ay Xocalı soyqırımı ilə bağlı hazırladıqları tamaşanın nümayişi üçün Bakıya gələn ukraynalı aktyor və aktrisalar vətənlərinə qayıda bilmirlər. Məlum hadisələr səbəbindən Ukraynanın hava məkanı bağlıdır. Yaradıcı heyət Bakıda qalır. Əməkdaşımız Ömər Xıdırov içərisində uşaqların da olduğu teatr üzvləri ilə görüşüb. Həmin şəxslər Bakıda təhlükəsiz ərazidə olduqları üçün özlərini şanslı hesab edirlər. Digər tərəfdən kədərləri də sonsuzdur. Özləri salamat olsalar da ailə üzvləri onlardan uzaqda silahların bir an olsun susmadığı ukraynadadır.

Onlar Azərbaycana tamaşa göstərmək üçün gəlmişdilər.Ancaq Ukraynada baş verən müharibə səbəbindən aktyor və aktrisalar öz ölkələrinə qayıda bilmirlər.

Ötən ayın 23-də Ukraynanın "Qara kvadrat" improvizasiya teatrının yaradıcı heyyəti Xocalı soyqırımına həsr etdiyi "Böyüməyən uşaqlar" tamaşasını Bakıda oynayıb. Ancaq Ukraynada məlum hadisələr baş verdiyindən teatrın bir neçə aktyor və aktrisası ölkələrinə qayıda bilməyiblər.

Onların bəziləri fikirlərini ''Xəzər Xəbər''lə bölüşdülər. Bildirdilər ki, ölkələrində baş verənlər üçün izah edilməyəcək qədər narahatdırlar.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, içərisində 2 uşaq olmaqla ümumilikdə 16 nəfər aktyor və aktrisa məcburiyyətdən Bakıda qalmalı olub. Onlardan 4 nəfər öz istəkləri ilə Avropada olan qohumlarının yanına gediblər. Qalan 12 nəfər isə hazırda Paytaxda yerləşən otellərdən birində qalırlar. Onlar yemək və digər zəruri şəraitlə tam təmin olunublar.

Qeyd edək ki,aktyor və aktrisalar Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycana gəliblər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.