“Sovet dövrü deyirsinizsə, niyə Elçibəylə Mütəllibova pensiya verilir, bizə isə yox?” – Keçmiş nazirdən ETİRAZ

14-05-2022, 00:03           
“Sovet dövrü deyirsinizsə, niyə Elçibəylə Mütəllibova pensiya verilir, bizə isə yox?” – Keçmiş nazirdən ETİRAZ
SSRİ-nin tərkibindən çıxmağa səs verdiyimiz üçün “beşinci kolon”un başında dayananlar istiqlalçı deputatların pensiya almalarını əngəlləyir”.

Bu fikirləri keçmiş Ali Sovetin eks-spikeri İsa Qəmbərə 180 manat pensiya kəsilməsinə münasibət bildirən sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Azərbaycanın müstəqilliyinin bərpasına səs vermiş istiqlalçı deputatlara qarşı ayrı-seçkilik edilir:

“Bizə ayırılmalı uyğun pensiyanı qanuna zidd olaraq vermirlər. Tək İsa Qəmbər deyil, mən də o durumdayam. Vaxtilə yüksək dövlət vəzifələri tutmağımız bir yana, beş il millət vəkili olmuşuq. O deputatlıq fəaliyyəti üçün də bizə pensiya verilmir. Bununla bağlı məhkəməyə də müraciət etmişəm, apellyasiya da verilib, iş Ali Məhkəməyə qədər gedib çıxıb, amma xeyri olmayıb.

Sovetlərin tərkibindən çıxmağa səs verdiyimiz üçün “beşinci kolon”un başında dayananlar istiqlalçı deputatların pensiya almalarını əngəlləyir. O yanaşma indi də davam edir.

Pensiya haqqında qanunda yazılıb ki, Sovet dövründə “raykom” katibi, “rayispolkom”, hərbi komissar vəzifələrində işləmiş şəxslər bu gün həmin vəzifələrdən təqaüdə çıxanlarla eyni miqdarda pensiya alsınlar. Ancaq bu müddəanı biz istiqlalçı deputatlara şamil etmirlər. Yəni o qanuna görə, biz də sonra gələn deputatlara verilən qədər pensiya almalıyıq. Qanun burada pozulur.

İkinci bir məsələ, necə olur ki, bizim dövrümüzdə prezident olan Ayaz Mütəllibova, Əbülfəz Elçibəyə pensiya verilir, amma bizə verilmir?Buradakı təzadı siz də görürsünüz… Bizə deyirlər ki, siz Sovet dönəmində deputat olubsunuz. Qardaş, Sovet dönəmindəki deputatlıq müddətimiz heç bir il də olmayıb, sonrakı illərdə müstəqil Azərbaycanın deputatı olmuşuq axı… Yaxşı, Sovet dövrünü əsas götürürsünüzsə, niyə Elçibəyə və Mütəllibova pensiya verirsiniz? Buradan da açıq görünür ki, bizə münasibət başqadır”.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.