Qubad İbadoğlu: “Hakimiyyətin səbatsızlığı üzündən ermənilər və gürcülər qazanır”

16-08-2022, 08:15           
Qubad İbadoğlu:
Bu ilin 1-ci yarımilliyində Ermənistana gələn turistlərin sayı 600 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur. JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış iqtisadçı, ADRP-nin sədri Qubad İbadoğlu deyib.
O bildirib ki, bu dövrdə Ermənistanda iqtisadi artım 11,8 faiz, xidmət bölməsində artım isə 26,9 faiz olub. Tanınmış iqtisadçı sual edir ki, əcaba Ermənistanın iqtisadiyyatında belə yüksək iqtisadi artımı şərtləndirən hansı amillərdir? “Görünür ki, Ermənistanda iqtisadi liberallaşdırma, anti-korrupsiya və məhkəmə islshatları nəticəsində əlverişli olan biznes mühiti ora xüsusilə də Rusiyadan sərmayələrin və transferlərin həcmini artırıb. Bununla yanaşı, Azərbaycanın quru sərhədlərinin bağlı olması yay turist mövsümü dövründə Ermənistanın xidmət sektorunun gəlirlərin artımına, Qarabağın işğaldan azad edilməsi dövlət xərclərinin azalmasına gətirib çıxarıb və hər iki amil iqtisadi artıma müsbət təsir göstərib”.
Qubad bəy məsələni belə izah edib: “Belə ki, Azərbaycanla quru sərhədlər bağlanmasına görə, Gürcüstana səfər edən iranlılar bu planı Ermənistan vasitəsilə reallaşdırır. Bununla yanaşı dövr ərzində Ermənistana gələn turistlər arasında iranlıların da sayı artıb və onlar hazırda Ermənistana ən çox səfər edən edən ölkələr arasında ilk üçlüyə daxildir. Bundan əlavə, Gürcüstana gələn və Cənubi Qafqazın digər ölkəsini də gəzmək niyyətində olan əcnəbilər Azərbaycanla quru sərhədlərin bağlı, Bakıya uçuş qiymətlərinin bahalığını nəzərə alaraq Ermənistan səfər etməyə üstünlük verirlər. Beləliklə, Ermənistan Gürcüstana gələn turistlərin bir qismini ölkəsinə cəlb edir və onlardan qazanır. Bunun da başlıca səbəbi iki ildən çox müddətdə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasıdır. Bir sözlə, Azərbaycan hakimiyyətinin səbatsız siyasətindən biz itiririk, ermənilər və gürcülər qazanır”.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.