“USQ-nin cəbhədəki uğurları Putini əsəbləşdirir” - Feyqin
10-09-2022, 08:38
Ukrayna silahlı qüvvələrinin cəbhədəki uğurlu fəaliyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin qərarlarına çox güclü təsir göstərir.
Bu barədə Dövlət Dumasının keçmiş deputatı, hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqin «Espresso» telekanalının efirindən bəyan edib («UNİAN»).
«Ukrayna cəbhələrindəki situasiyaya görə Putinin əsəbləşməsinin səbəbləri var. Və bu, açıq görünür. Biz hamımız gözəl bilirik ki, hazırda Rusiya ordusu üçün situasiya getdikcə mürəkkəbləşir. Odur ki, buna görə Putin «səhv» qərarlar qəbul edə bilər. Cəbhədəki situasiya səbəbilə Putin elə qərar qəbul edə bilər ki, qərar tamam başqa nəticəyə gətirər» - ekspert izah edib.
Feyqinin sözlərinə görə, Xarkov vilayətində cəbhələrdəki situasiya Putinə böyük təsir göstərir. «Aydındır ki, Putin nə üçün bu gün Rusiya Federasiyasının Təhlükəsizlik Şurasını toplayır. Xüsusilə, Xarkov vilayətindəki situasiya səbəbilə. Nədən ki, Xarkov vilayətində ələ keçirilmiş ərazilərin itirilməsi onlar üçün pis perspektivdir. Ona görə də gözləmək olar ki, prezidentin qərarları Rusiya üçün fəlakətli nəticələrə gətirə bilər» - o, fikrini yekunlaşdırıb.
Xatırladırıq ki, Feyqinin fikrincə, Putinin yanında operativ «dvoynik»i dayana bilər.