Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: - "Mən də indi eşitdim"

6-10-2022, 12:33           
Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: - "Mən də indi eşitdim"
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun yaxınları məlumat paylaşıb. Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib.

Məsələ ilə bağlı Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxladıq. TEREF.AZ-ın məlumatına görə, Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bununla bağlı xəbəri indi eşidib:

“Mən də indi eşitdim. Uzunmüddət idi ki, onunla əlaqəm yox idi. Allah ölənlərinizə rəhmət etsin”.

Zərdüşt Əlizadə qardaşının dəfnində iştirak edib-etməyəcəyi ilə ilə bağlı açıqlama vermək istəmədi.

Qeyd edək ki, hər iki siyasətçi illər idi ki, küsülü idilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru