Aysun boşanmağı ilə bağlı ilk dəfə DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
4-06-2023, 15:35
"Hazırda çox xoşbəxtəm. Həyatımda hər şey gözəldir".
Bizim.Media xəbər verir ki, bu sözləri qalmaqallı şəkildə həyat yoldaşı Eşqin Cəlilovdan boşandıqdan sonra qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda müğənni Aysun İsmayılova deyib.
Sənətçi şəxsi həyatı ilə bağlı uzun sürən susqunluğunu bu sözləri ilə pozub:
"Acıq göstərmək kimi şeylər yoxdur. Yenə deyirəm ki, çox xoşbəxtəm. Bütün sevgimi, fikrimi işimə yönəltmişəm. Şəxsi həyatımla bağlı heç yerdə danışmadım. Çünki, mənə o gündəm lazım deyil. Şəxsi həyatımla bağlı nələrsə danışmağı da sevmirəm. Ailə qurmağımla bağlı nələrsə yayılırdı, amma çox istərdim o da qapalı olsun. Amma hər şeyi gizlətmək olmur. Nə edə bilərəm, maksimum danışmaya bilərəm. Bilmirəm bu zamanəndəndir yoxsa nədən, insanlar hər şeyi tez unudurlar. Bu gün bu var, sabah nəsə başqa bir yaxşı şey edəcəksən, hamı ondan danışacaq".
Qeyd edək ki, Aysunun anası müğənni Rəqsanə İsmayılova bir neçə gün əvvəl qızının həyat yoldaşı Eşqin tərəfindən dəfələrlə döyüldüyünü və təhqirlərə məruz qaldığını söyləmişdi.
Daha sonra Eşqin hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Barəsində isə 30 sutka həbs qərarı çıxmışdı. Bundan sonra Aysun şikayət ərizəsini geri götürdüyü üçün Eşqin azadlığa çıxıb.