Ukrayna müdafiə naziri: “Əks-hücum əməliyyatı film deyil”

27-08-2023, 11:34           
Ukrayna müdafiə naziri: “Əks-hücum əməliyyatı film deyil”
Əks-hücum əməliyyatı film deyil. Söhbət Hollivudun çəkdiyi blokbasterdən getmir”.

Bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, əks-hücum əməliyyatları əvvəl də tərəfdaşları ilə müzakirə edildiyi kimi plan üzrə gedir.

“Bu prosesə cəlb edilən hər kəs bu barədə məlumatlıdır. Onlar düşmənin müdafiə qabiliyyətini, minalanmış sahələri, tankların harada mühasirəyə düşmək ehtimalının olduğunu, istehkamların harada qurulduğunu bilirlər”, - deyə Aleksey Reznikov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru