Aqil Şirinov: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb”

30-08-2023, 14:54           
Aqil Şirinov: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb”
“Azərbaycanda heç vaxt antisemitizm olmayıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan yəhudilərin təhlükəsizliyinin təmin edilməsi məsələsinə həmişə ciddi yanaşıb: "Qubada yerləşən Qırmızı qəsəbə kəndi bunun daha bir təsdiqidir. Azərbaycan əhalisinin əksəriyyətinin İslam dinini təbliğ etməsinə baxmayaraq, bu, müsəlmanların və yəhudilərin sülh şəraitində yaşamasına mane olmur".

A.Şirinov vurğulayıb ki, Azərbaycanın tolerant siyasətini akademik səviyyədə də təmin etmək lazımdır: “Məsələn, universitetimizdə “Dinlər tarixi” adlı magistratura proqramı var və orada yəhudilik tarixi ivrit dilində tədris olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru