Deputat: “Çingiz Abdullayev şəhid ailələrinə xərcləyəcəyi pulu kitablarının satışında yox, ATV-də axtarır...”

23-11-2023, 07:45           
Deputat: “Çingiz Abdullayev şəhid ailələrinə xərcləyəcəyi pulu kitablarının satışında yox, ATV-də axtarır...”
“ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Deyib ki, təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam, Hamısını şəhid ailələri üçün köçürəyəcəyik... Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harada axtarır...”

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev deyib.

“Ona qalsa məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Bir dəfə müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri Bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım. Əslində, Kubra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayevlə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə, bunu özü bilmir, ncaq yaxın adamları bunu ona deməlidirlər. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər, hətta təhqirlər həmişə olub və olacaq. Sadəcə, yazıçı belə məsələlərə tolerant yanaşmalıdır. Məncə, Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək. Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi isə tamamilə absurddur. Absurd teatrdır. Absurd teatr gözəl janrdır və “zir -zibil” deyil...”, - deputat bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.