“MƏN 20 İL ƏVVƏL İSTEFA VERMİŞƏM...” – “Növbədənkənar seçkilər postmüharibə dövrünün çağırışları ilə bağlıdır”

13-12-2023, 10:04           
“MƏN 20 İL ƏVVƏL İSTEFA VERMİŞƏM...” –
“Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan olunması postmüharibə dövrünün çağırışları ilə bağlıdır”.

Bunu “AzPolitika.info”ya açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib.

“Artıq yeni dövr başlayıb və ölkənin qarşısna vəzifələr qoyulub, onların həyata keçirilməsi üçün isə yeni müddətlər lazımdır”, - o vurğulayıb.

Partiya lideri seçki zərurətini həm də dünyada və regionda gedən proseslərlə əlaqələndirib: “Dünya sürətlə dəyişir, dinamik proseslər gedir. Bu müstəvidə yeni tələblərə uyğun start meydançası əldə etməyə ehtiyac var”.

Etibar Məmmədov seçkilərdə iştirak edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: “Mən seçkilərdə 20 il bundan əvvəl iştirak etmişəm və istefa vermişəm. Bundan sonra iştirak etmək niyyətində deyiləm”.

“Amma siyasətdən getməmisiniz” sualına AMİP lideri “Heç kim siyasətdən getməyib, bütün insanlar aparılan siyasətdə bu və ya digər formada iştirak edirlər” – deyə cavab verdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru