Antiterror əməliyyatlarından sonra ilk yaşandı – Erməni bloger

27-12-2023, 10:17           
Antiterror əməliyyatlarından sonra ilk yaşandı – Erməni bloger
“Nikol Paşinyan və dəstəsi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq üçün hər yolu sınadılar, lakin mümkün olmadı”.

Globalinfo.az xəbər verir ki, bunu erməni bloger Mikael Badalyan deyib.

Bloger İrəvanın Moskva və Qərb arasında qaldığını bildirib:

“Dünən Paşinyan və Moskva arasında uzun müddət sonra ilk təmas oldu. Nikol Rusiyadan qaçmağa çalışsa da, sentyabr hadisələrindən sonra İlham Əliyevlə arasında ilk təmas məhz orada gerçəkləşdi. Təbii ki, hələ heç nə həll olunmayıb. Ermənistan ətrafındakı geosiyasi qarşıdurma geniş vüsət almaqda davam edir. Qərb mübarizə aparmadan geri çəkilməyəcək, çox güman ki, daha aktiv fəaliyyət mərhələsinə keçəcək. Çünki onlar Cənubi Qafqazı özlərinə məxsus hesab edirlər, hazırkı vəziyyətdən qəti xoşbəxt deyillər.

N.Paşinyan və dəstəsi sayəsində Ermənistan subyektivliyini tamamilə itirib. Bu gün İrəvanın vəziyyəti kədərlidir. Qərb Ermənistanın suverenliyini, mövcudluğunu düşünmür. Ona görə də Rusiya platformasında sülhün imzalanması daha az mənfi təsirlə nəticələnəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.