"Karantin günləri yaxınlaşır, xəstəxanalarda 100-200 xəstə yatır" - Rəşid Mahmudovdan SOS

27-01-2024, 09:59           
"Karantin günləri yaxınlaşır, xəstəxanalarda 100-200 xəstə yatır" -
“Qızılca xəstəliyi hal-hazırda bütün dünyanın gündəmindədir. Bu xəstəlik artarsa karantin rejiminə keçə bilərlər. Pandemiyada olduğu kimi. Hal-hazırda bir xəstəxanada 100, bəlkə də 200 xəstə yatır. Dəqiq bilmirəm nə qədər insan yoluxub, amma bilirəm ki, dünya ölkələrinə nisbətdə çox aşağıdır. Məktəblərdə yayılsa bir müddət həmin təhsil ocaqlarını bağlamalıdırlar. Karantin birdən-birə olmur ki.. Bunun üçün zəmin yaranmalıdır. Bir insan bir dəfə qızılcaya yoluxur. Qızılca yüksək yoluxucu xəstəliklərdən ən ağırıdır”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra peyvəndlərdən danışıb.

“Peyvənd olunan insanlar bu xəstəliyi rahat keçirirlər yaxud da yoluxmurlar. Peyvənddən də peyvəndə fərq var. Eləsi var ki, yaxşıdır, eləsi də var ki, tərkibində qurğuşun olur ki, bu da səhhətə olduqca mənfi təsir göstərir. Buna görə də haqlı olaraq insanlar peyvənddən qorxurlar. Peyvəndləri ayrı-ayrı ölkələr istehsal edir. Bizdə olan köhnə, qurğuşun tərkibli peyvənddir” deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.