Şəmsəddin Hacıyev keçmiş kürəkəninin evlənməsindən danışdı: "Axmaq hərəkətdir"

28-02-2024, 19:09           
Şəmsəddin Hacıyev keçmiş kürəkəninin evlənməsindən danışdı: "Axmaq hərəkətdir"
Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

TEREF xəbər verir ki, manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev ilə əlaqə saxlayıb. O, açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını deyib.

“Bu çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi, qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım ondan 2 il əvvəl boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur.”

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru