Adil Qeybulla: “Təcrübə göstərir ki, kasıblar içərisində sağlamlar daha çoxdur”
1-03-2024, 00:06
Ictimai rəydə sağlamlıqla bağlı bir sıra oturuşmuş fikirlər var ki, bunlardan da biri sağlamlıq üçün normal maddi təminatın vacibliyi düşüncəsidir. İnsanların bir çoxu hesab edir ki, sağlamlığın keşiyində dayanmaq üçün sadəcə iradə deyil, həm də böyük maddi vəsait lazımdır.
Maraqlıdır, maddi durumumuzla sağlamlığımız arasında əlaqə varmı? Həm yoxsul, həm də sağlam olmaq mümkündürmü?
Moderator.az-a açıqlama verən professor Adil Qeybulla mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Kasıblıq və varlılığın sağlamlığa elə bir aidiyyatı yoxdur. Əksinə, təcrübə göstərir ki, kasıb adamların içərisində sağlamlar daha çoxdur. Çünki onlar məcburən fiziki aktivliyə önəm verir. Onların qidalanması aşırı dərəcədə deyil. Kasıb insanlar bəzi imkanlı şəxslərin keçirdiyi zərərli həyat təzindən uzaqdırlar. Buna görə də son nəticədə onlar daha sağlam olur.
Sağlamlıq üçün brinci şərt sağlam qidalanmadır. Sağlam qidalanmaq üçün böyük vəsait lazım deyil. Bunun üçün ziyanlı şeylərdən, eləcə də yağda qızadılmış yeməklərdən, şəkərdən uzaq durmaq lazımdır. Hərəkəti artırmaq, zərərli vərdişlərə yol verməmək vacibdir.
Təəssüflər olsun ki, bizim insanlarımız buna diqqət etmir. Bu gün həddindən artıq qidalanma, zərərli vərdişlərin, oturaq həyat tərzinin artması, insanların hədsiz dərəcədə tənbəlləıməsi sağlamlığa ciddi ziyan vurur.
Bizim genefondla bağlı da bəzi problemlərimiz var. Qohumluq nigahları genefondu xeyli zədələyib. Azərbaycan irsi xəstəliklərin az qala endemik zonasına çevrilib. Bütün bunları normallaşdırmaq üçün çox ciddi proqrama ehtiyac var. Kütləvi idman, az qidalanmaq, qida rejiminə ciddi fikir vermək lazımdır. Bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında balans yaratmaq lazımdır. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır.
Düşünürəm ki, sağlamlıq məsələsində varlı-kasıb söhbəti yalnız spekulyasiyadır”.