“Vergi işçiləri nəyə and içəcəklər? Qurana əl basacaqlar, yoxsa...?“ - Vahid Əhmədov

13-03-2024, 18:08           
“Vergi işçiləri nəyə and içəcəklər? Qurana əl basacaqlar, yoxsa...?“ - Vahid Əhmədov
“Vergi işçilərinə kifayət qədər maliyyə artımı var. Bu artımlar dövlət büdcəsi hesabına veriləcək, ya Xidmətin öz ehtiyatı var?”

Bakupost.az xəbər verir ki, bu fikirləri Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
“Andiçmə ritualdır. İndi deyirlər vergi işçiləri and içəcəklər. Nəyə and içəcəklər? Qurana əl basacaqlar, yoxsa Konstitusiyaya? Yaş həddi ilə bağlı da qeyd olundu. Biz 65 yaş həddi qoyuruqsa, niyə 1-1 ildən bir icra orqanının təklifi əsasında artırıla bilir? Bu artırılma problemə çevrilib. Müəllimlər bizə müraciət edir, bu da ciddi problemlərə gətirib çıxarır”, - deyə deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru