At ətinin ölkəyə gətirilməsində heç bir problem yoxdur - AÇIQLAMA
3-04-2024, 18:54
Azərbaycana at əti idxal edilir. Təkcə yanvar ayında ölkəyə 14,53 ton at əti gətirilib.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində isə sözügedən rəqəmlərin əks olunduğu cədvəl yerləşdirilib. Yəni yayılan məlumatlar rəsmidir.
Qida eksperti Ağa Salamov “Sherg.az”a bildirib ki, at ətinin ölkəyə gətirilməsində heç bir problem yoxdur:
“Fermer diri at gətirib böyüdüb yetişdirir və baha qiymətə sata bilər. Əgər ölkəyə bəslənmiş at əti idxal olunursa bu məhsulun üzərində yazılmalıdır. Yəni at əti kolbasası və yaxud at əti farşı satılırsa, inqridentlərdə göstəricilər olmalıdır. O zaman onu yeyən istehlakçı oxuyub biləcək ki, at əti var və yeyib yeməyəcəyinə özü qərar verəcək. Həmçinin sahibkar dövlətə məlumat verməlidir ki, at ətindən istifadə olunmuş kolbasa satıram. Həmin zaman AQTA gəlib baxacaq ki, mikrobioloji çirklənmə yoxdur və mənşəyi məlum olduğuna görə sata bilər. Problem ondadır ki, insanlar bizim mətbəxə aid olmayan at ətini və yaxud eşşək ətini dönərdə görmək istəmir. Dönər, qutab və kolbasa satılan yerlərdə ətin hansı heyvana məxsus olduğu mütləq şəkildə qeyd edilməlidir. Hər hansı bir məhsulda mal və ya dana əti adı altında at əti istifadə olunursa, bu artıq istehlakçıların aldadılması olur. İstehlakçıları aldatmaq olmaz. Əgər kolbasada at ətindən istifadə olunursa, yazmalıdırlar ki, at əti var. Bu məsələyə işbaz olaraq yanaşmaq olmaz. At ətinə tələbat varsa, 14 min ton yox lap140 min ton idxal olunsun. Türk mətbəxlərinin mədəniyyətində at ətidə mövcuddur. Azərbaycan mətbəxində at əti yoxdursa, bu o demək deyil ki, bütün mətbəxlərdən çıxarılmalıdır”.