Fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli Bakupost.az -a videomesahibə verib. O, müsahibədə mayın 19-da Azərbaycan və İran liderləri İlham Əliyev və İbrahim Rəisinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi, Rəisi və digər rəsmi şəxlərin onunla birgə geri qayıdarkən qəzaya uğramaları və həlak olmaları haqqında danışıb. Q.Hüseymli müsahibədə sözügedən qəza ilə bağlı versiyaları dəyərləndirib, eyni zamanda öz versiyasını irəli sürüb. O, bu hadisənin vertolyotun vurulması nəticəsində baş verdiyini istisna etməyib. Q.Hüseynli eyni zamanda Rəisidən sonra hakimiyyətə kimlərin gələ biləcəyi, onun ölümünün İrandakı daxili siyasətə təsiri, qonşu ölkədə, bütövlükdə regionda baş verə biləcək prosesləri təhlil edib.