"Söz azadlığını tumanının altında gizlənib... " - Seyran Səxavətdən sərt sözlər

23-05-2024, 11:34           
"Söz azadlığını tumanının altında gizlənib... " -
“Əlbəttə, bu maraqlı yanaşmadır. Şəhriyar qadınlarla bağlı öz fikrini deyib. O, elə-belə oğlan deyil, dünya miqyasında tanınmış kişi şahmatçıdır. Əgər qadınlar onun bu fikrini qəribçiliyə salırlar, tarixdəki faktları unudun onun üstünə gedirlərsə, belə çıxır ki, elə Şəhriyar Məmmədyarov nə deyirsə, düz deyir”.
Bunu Bakupost.az -a yazıçı Seyran Səxavət Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun qadınlarla bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.
O, Şəhriyar Məmmədyarovu fikirlərinə görə tənqid atəşinə tutmağın doğru olmadığını bildirib:
“Şəhriyar fikirləşdiyin deyib. Heç bir adı-sanı olmayan birisi görürsən ki, söz azadlığının tumanının altında gizlənib ağzına gələnləri deyir. Amma bu kişi söz sahibidi, istedadlı adamdır, Azərbaycanı dünyada tanıdan şəxsdir. Mənim ona böyük hörmətim var. Şəxsi tanışlığım yoxdur, amma mən onu dəstəkləyirəm. O, deməyib axı qadınlar lazımsızdır. Qadın böyük qüvvədir, hamımızın anamız, qohum-əqrabamız var. Görünür, gender bərabərliyi deyilən o şey ki var, bunları lap hədəqədən çıxarıb. Şəhriyar Məmmədyarov düz deyir. Elə olsaydı, elə 10ən yaxşı şahmatçının içində bir nəfər də qadın olardı. Deməli onda belə çıxır ki, dünyada o 10 şahmatçını seçənlərlə qadınların arası yoxdu?! Şəhriyarın ünvanına nə gəldi deməkdənsə, onun dediyi həqiqəti qəbul edib, yerində oturmaq lazımdır. Şəhriyarı tənqid edən, onun ünvanına bəzi sözlər deyən xanımlar inciyirlərsə, qoy onlar Şəhriyar Məmmədyarovdan yox, böyük yaradandan, Allahdan incisinlər”.
Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.