Əli Məsimli: “Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz”

27-05-2024, 17:58           
Əli Məsimli: “Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli bir sıra vacib məqamlara toxundu.

Komitə sədrinin müavini bildirdi ki, əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq:

“Bu məqamda sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var. Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35 %-ə çatıb, amma bu göstərici məqbul deyil. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır”.

Ə.Məsimli bölgələrdən mərkəzə axının qarşısının alnması üçün də konkret təklif irəli sürdü. Onun sözlərinə görə, regionlarda yeni 700-800 manatlıq iş yerləri açılmalıdır ki, əhali Bakıya axışmasın:

“Bununla Bakıının tıxacını da aradan qaldıra bilərik. Rayonlarda 800 manat maaş alan Bakıya 1000 manat üçün gəlməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.