İqtisadçı: "Şimal axını"nın partladılmasının arxasında Vaşinqton dayanır

30-05-2024, 17:54           
İqtisadçı: "Şimal axını"nın partladılmasının arxasında Vaşinqton dayanır
ABŞ xüsusi hərbi əməliyyatın başlamasına həftələr qalmış "Şimal axını" boru kəmərini partlatmaq üçün hazırlıqlara başlayıb.
Rusiyanın "Şimal axını" qaz kəmərinin partladılmasının arxasında ABŞ administrasiyası dayanır.
Bunu iqtisadçı Ceffri Saks jurnalist Taker Karlsona müsahibəsində deyib.
"Bəli, bilirsiniz, Amerika Birləşmiş Ştatları Şimal axınını, bəlkə də onlarla dəfə vəd etdikləri kimi, partladıb" - Kolumbiya Universitetinin professoru deyib.
Saks xatırladıb ki, bununla yanaşı, ABŞ hakimiyyəti onlara qarşı ittihamları rədd edir. Bundan əlavə, ekspert əsas medianı həqiqəti axtarmaq istəmədiklərinə görə tənqid edib.
"Biz elə bir vəziyyətdə yaşayırıq ki, hakimiyyətdəki insanlar bunun bir oyun olduğunu, bizə həqiqəti söyləməyin onların məsuliyyəti olmadığını düşünürlər. Onlar bizim həyatımızı, ukraynalıların həyatını riskə atırlar" – Taker Karlsonun həmsöhbəti bildirib.
Bundan əlavə, Saks Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların da dəyərsiz olduğunu vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Rusiyanın "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində partlayışlar baş verib. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Amerikalı jurnalist Seymur Herş bildirib ki, ABŞ xüsusi hərbi əməliyyatın başlamasına həftələr qalmış "Şimal axını" boru kəmərini partlatmaq üçün hazırlıqlara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.