"Ölmüş heyvanların, yeyilməyən atın, eşşəyin kəsilib Bakıya daşınması davam edir" - Eyyub Hüseynovdan TƏNQİD
30-05-2024, 18:27
Şəmkir rayonunda ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Aparılan araşdırma zamanı həyətyanı sahəsində ölmüş heyvanın kəsilərək mağazada satışının həyata keçirildiyi müəyyən olunub. Azərbaycanda ətlərinin keyfiyyəti yoxlanıılması necə aparılır.
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.
E. Hüseynov bildirib ki, ölmüş heyvanların, yeyilməyən atın, eşşəyin kesilib Bakıya daşınması davam edir:
"Ölmüş heyvanların, yeyilməyən atın, eşşəyin kesilib Bakıya daşınması davam edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) etdiyi bu addım, dəryada bir damladır. Sadəcə olaraq cərimə tətbiq ediləcək. Ancaq o ətin hansısa hissəsi artıq istehlakçının evindədir və bişirilib. Bunlar isə arxa planda qalır ki, bu yolverilməzdir. Bu məsələlərdə, xüsusi ilə spirtli içkilərin və ətlərin daşınmasında ən səmərəli işi DİN-nin baş mütəşəkkil cinayətlərə qarşı mübarizə idarəsi görür. Onlar sadəcə cərimə etmirlər, məhsulu ekspertizaya verməklə cinayət işi qaldırıb, həbslər həyata keçirirlər"
Azad İstehlakçılar İctimai Birliyinin sədri AQTA-nın çatışmayan cəhətlərindən birinin, ictimaiyyətlə səmərəli işləməməsidə görür:
"Çox təəssüflər olsun ki, bu məsələnin kökü kəsilmir. İnsanların həyatında mənfi izlərini qoyur. Bu hallar Azərbaycanda illər boyu mövcuddur. Burada ictimai nəzarətin böyük rolu ola bilər. Bu işlər müəllimlərin, bələdiyyələrin gözü önündə baş verir. Burada ictimai nəzarətin böyük rolu ola bilər. Çox yaxşı olardı ki, AQTA KİV-lə yaxşı işləsin. AQTA-nın çatışmayan cəhətlərindən biri, ictimaiyyətlə səmərəli işləməməsidir. Ona görə də küçə kəsimləri hələ də mövcuddur. Ən prestijli mağazalarda belə pis ət satmaq mümkün olur. Məsələn 10 kilo yaxşı ətə, 1 kilo at əti qoyub qarışdırırb satmaq mümkündür. AQTA-nın əsasnaməsində dəyişiklik edilməlidir. Bu qurumun cəld yoxlama mexanizmi yoxdur. Yoxlamaq üçün bürokratik əngəllər aradan qaldırılmasa, bu məsələlər davam edəcək. Nə qədər ki, AQTA-nın yanında yaradılmış ictimai şuranın işini görmürüksə belə də davam edəcək.
Cənab prezidentin ictimai nəzarətə qarşı cağırışlarına bir çox qurumlar yalandan hesabat vermək üçün qeydiyyat keçirir. Guya "ictimai nəzarət üçün İctimai Şuralar yaratmışıq". Mən özüm AQTA İctimai Şurasında oldum gördüm ki, AQTA-nın ictimaiyyətlə heç bir sıx əlaqəsi yoxdur. Ona görə də insanlar küçə kəsimlərini üstünlük verir. Tələb varsa, təklif də olacaqdır. Ona görə də AQTA mükəmməl iş qurmalıdır ki, ictimaiyyət məlumatlandırsın. Təəssüflər olsun ki, bu problem hələ də ölkədə davam edir".