“Azərbaycanla sərhəddə yerləşirlər, məqsədləri...” - Rus polkovnik xəbərdarlıq etdi

5-06-2024, 12:48           
“Azərbaycanla sərhəddə yerləşirlər, məqsədləri...” -
Avropa Birliyinin (AB) Ermənistandakı “mülki missiya”sı getdikcə NATO-nun hərbi missiyasına çevrilir.

Teleqarf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

Onun sözlərinə görə, ABŞ və AB ilə əlaqələrini genişləndirən Ermənistan tədricən Rusiyadan uzaqlaşır:

“Ermənistan ərazisində AB-nin “müşahidə missiyası” fəaliyyət göstərir, əvvəlcə onun onurğasını diplomatik pərdə altında gizlənmiş Qərb kəşfiyyatçıları təşkil edirdi, ardınca nizami hərbi personal gətirilirdi. Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı AB missiyasının NATO missiyasına çevrildiyini birbaşa bəyan etməsinə əsas verdi: “Norveç, Kanada və ABŞ-dən də hərbi personal göndərildi, AB missiyasını Şimali Atlantik Alyansının missiyasına çevrilir”.

AB-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyəti həm onun sayını artırmaqla, həm də Ermənistan ərazisində getdikcə daha çox yeni rezident missiyalar açmaqla və təsir agentlərinin cəlb edilməsi ilə həyata keçirilir.

KTMT ilə tərəfdaşlığın dayandırılması fonunda İrəvan Rusiyaya düşmən dövlətlərlə qarşılıqlı əlaqəni xeyli artırıb. Ermənistan müdafiə naziri Suren Papikyanın son xarici səfərlərinin coğrafiyası bunu aydın göstərir. Məsələn, KTMT-nin Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasına açıq şəkildə məhəl qoymayaraq, Belçikaya getdi. Burada AB və tərəfdaş ölkələrin müdafiə nazirləri ilə görüş zamanı Avropa təhlükəsizliyi məsələlərini müzakirə edib.

Bundan əlavə, Suren Papikyan və AB-nin Hərbi Komitəsinin rəisi general Robert Briqer müdafiə sahəsində Ermənistan-AB əməkdaşlığının konkret sahələrini müzakirə ediblər. Papikyan Ermənistan silahlı qüvvələrində aparılan islahatların gedişatını da Qərb tərəfdaşlarına təqdim edib”.

Korotçenko Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin məsələ ilə əlaqədar son açıqlamasına istinadla vurğulayıb ki, AB-nin Ermənistandakı missiyası Azərbaycan, Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.