"İrad tutanlar heç kimin qapısını döyüb, 5 manat vermir"

11-06-2024, 10:54           
"İrad tutanlar heç kimin qapısını döyüb, 5 manat vermir"
"Musiqiçilərdən birinin oğlu qəzada dünyasını dəyişmişdi. Bu insan da çörək pulu qazanmaq üçün toya getmişdi. Durub oynamırdı, oturub alətində ifa edirdi, işidir də... İnsanlar sosial şəbəkədə ağzına gələni yazdı. Sizə nə qədər rahatdır kənardan kimisə baltalamaq. Düzgün deyil, bu bizim işimizdir".

Bu sözləri Mətanət Əliverdiyeva aparıcılığını etdiyi "Xəzər axşamı" verilişində deyib.

O, sosial şəbəkədə tənqid yazan insanlara səslənib:

"Bilmirəm sabah başıma nə gələcək, amma mən yenə də öz işimdə olmalıyam. Çünki oradan çörək pulu qazanıram, dolanmalıyam. İrad tutanlar heç kimin qapısını döyüb 5 manat verib demir ki, "Bu pulu götür, özünə çörək al, sənin başına iş gəlib". Ona görə də bilin ki, kimi harada və necə qınaq atəşinə tutursunuz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru