“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?" - Rəşid Mahmudov

22-06-2024, 18:24           
“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?" - Rəşid Mahmudov
A.Məmmədovun səsləndirdiyi fikirlərl bağlı Bakupost.az -a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib.
R.Mahmudov həbsdə olan sabiq icra başçılarına hansı cəzanın veriləcəyini məhkəmənin müəyyən edəcəyini bildirib:
"Sözsüz ki, cəza verilməlidir. Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin puluyla özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdi, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”.
Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyətiylə məşğul olduğu deyilən A.Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru