Sabir Rüstəmxanlı: Adı Məhəmməd olan o qədər oğru var ki... - VİDEO

10-07-2024, 08:44           
Sabir Rüstəmxanlı:
Xalq şairi, istiqlalçı millət vəkili Sabir Rüstəmxanlı müəllifli olduğu "Vətəndaşlığın əlifbası" adlı verilişin budəfəki buraxılışnda milli ad və soyadlarımızdan bəhs edib.
S.Rüstəmxanlının fikrincə, adlar insana verilən şəxsiyyət vəsiqəsidir. Həyat boyu pasportlar dəyişsə də, ata-ananın verdiyi ad, bu şəxsiyyət vəsiqəsi əbədidir. Millət vəkili deyir ki, ad insanın taleyində ciddi rol oynayır:
"Bu həm də siyasi məsələsdir. Bu yaxınlarda İrana bir sərəncam verildi ki, uşaqlara ancaq fars adı verilsin. Yəni türk adı, digər xalqların adı verilməsin. Onda mən də bizim millətə müraciət etdim ki, biz dəfars adı qoymayaq, oz adımızı qoyaq. Bir halda ki dövlətlər buna bu qədər önəm verir, insanların ancaq hakim millətin adını daşımasını istəyir,Ş demək bu məsələ artıq siyasiləşib".
Adın milli kimlik məsələsi olduğunu qeyd edən S.Rüstəmxanlı milli adların vətəndaşlar arasında qarşılıqlı inam və sevgini artırdığını da vurğulayıb:
"Bizim tarix boyu çox gözəl adlarımız olub. Dədə Qorqudu xayırlayaq. O donəmdə insan müəyyən yaşa dolandan, qəhrəmanlıq göstərəndən sonra ona ad verilirdi. İndi bu, mümkün deyil. Uşaqlıqdan ad veririk. Bəzən görürsən ki, qorxaq bir adama qəhrəman adı veriblər. Əsl qəhrəmanlara isə görürsən ki, çox xırda adlar verilir. Bundan qaçmaq üçün şübhəsiz ki, bir prinsip olmalıdır".
S.Rüstəmxanlı son statistikalara görə, Azərbaycanda ərəb, fars adlarına meylin artdığından narahatlığını da bildirib:
""Quran"dan çıxış edib övladlarına peyğəmbərimizin adını qoyurlar. Amma o qədər oğru Məhəmməd var ki... Bu adı doğrultmayan, bu ada layiq olmayan xeyli adamlar var. Əksinə müqəddəslərin adı daha az qoyulmalıdır. Bu adları yıpratmaq olmaz".
Ətraflı videoda













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.