Polad Həşimovun anası: Mən bütün şəhidlərin anasıyam
14-07-2024, 17:38
Mən bütün şəhidlərin anasıyam Əvvəllər Səmayə xanımın oğlu Polad deyirdilər, indi isə Poladın anası Səmayə xanım deyirlər. Bu, mənim üçün qürurvericidir.
Bu sözləri report.az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib:
“Tovuz döyüşlərindən sonra xalq ayağa qalxdı və bu, 44 günlük Vətən müharibəsi ilə nəticələndi, Qarabağımız işğaldan azad olundu. Bizim ailədə belə bir övladın dünyaya gəlməsi ilə, onun anası olmağımla fəxr edirəm. Mənbə: bizim.media