Dinə inanmayan Qara Dərviş: "İnsanın üzündə Əli, əlində Allah yazısı var"
23-07-2024, 18:04
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı "Qocalmısan", "Sən günəşsən", "Yorğun" və digər mahnıları ilə məşhur olan rok ifaçısı Hikmət Poladzadə (Qara Dərviş) olub.
Türkiyəyə köçməsindən danışan musiqiçi qeyd edib ki, ora digərləri kimi tanınmaq üçün getməyib. Ona görə də uğur qazana bilib.
"Türkiyəyə getməkdə məqsədim özümü inkişaf etdirmək idi. Orada səs mühəndisliyi üzrə təhsil aldım. Hazırda İstanbulda şəxsi studiyam var. Azərbaycanda bir mahnının aranjimanı 300 manatdan başlayırsa, Türkiyədə ən ucuz aranjimanın qiyməti 1500 manatdır", - deyə o söyləyib.
"25 ildən sonra Qara Dərvişdən nə qalacaq?" sualına isə musiqiçi özünəməxsus şəkildə cavab verib:
"Nə qalacağını deyə bilmərəm. İstəyərəm ki, Sabirdən, Cəlildən qalan qalmasın. Məsələn, mən Sabirdən ancaq şikayət eşitdim, həll yolu eşitmədim".
Dinə inanmayan Qara Dərviş onu da vurğulayıb ki, insanın üzündə Əli, əlində Allah yazısı var.